Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır
Artıq xeyli müddətdir xəstəxanada müalicə alan müğənni Səyyad Əlizadədən xəbər var.
Sənətçinin hazırkı vəziyyəti ilə bağlı REPORTYOR.AZ-a açıqlama verən qohumu Razim Qarayev ifaçının səhhətinin yaxşılaşmağa doğru getiyini bildirib:
“Səyyad bəyin vəziyyətində müəyyən irəliləyişlər var. Baxmayaraq ki, yenə də aparata qoşuludur. Amma həkimlər onun səhhətinin əvvəlkindən dəfələrlə yaxşı olduğunu qeyd ediblər.
Tibb işçiləri Səyyad bəyin yaxşılaşması üçün əllərindən gələni edirlər. Hazırda onun müalicəsi davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl “ECMO” cihazına qoşulan sənətçinin vəziyyətinin ağır olaraq qaldığı və səhhətində heç bir dəyişiklik olmadığı bildirilirdi.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-09-2021, 14:50