Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir - AÇIQLAMA
Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir, COVID-19 vərəm xəstələrinin vəziyyətinə də mənfi təsir göstərib.
REPORTYOR.AZ xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə vərəmlə mübarizə sahəsində əldə olunmuş sabitləşməyə baxmayaraq, bu xəstəlik ciddi ictimai səhiyyə problemi olaraq qalır:
"Son bir neçə il ərzində bir sıra göstəricilər (müalicənin effektivliyi, ilkin vərəmli xəstələrin sayının və vərəmlə xəstələnmə göstəricilərin azalması) üzrə irəliləyiş əldə etmək və ümumi vəziyyəti yaxşılaşdırmaq mümkün olsa da, 2019-cu ildən başlayan COVID-19 pandemiyası digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da vərəmin erkən diaqnostikasında və sonrakı müalicəsində maneələrə və gecikmələrə səbəb olub.
Vaxtında aşkar olunmayan və müalicəyə cəlb olunmayan vərəmli xəstələr yoluxma mənbəyi olaraq epidemioloji vəziyyəti gərginləşdirə bilərlər".
Qeyd edək ki, 2017-ci ilin statistikasına görə, Azərbaycanda qeydiyyatda olan vərəm xəstələrinin sayı 8500-9000 arasında dəyişir. Müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 18-10-2021, 10:21