Koronavirusun simptomları dəyişib - Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ
Ötən illə müqayisədə koronavirusun simptomlarının dəyişdiyi müşahidə olunur.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin "İnstagram" hesabında canlı yayımda qonaq olarkən deyib.
Onun sözlərinə görə, simptomlar təxminən qrip və digər respirator xəstəliklərlə eynidir: "Hava-damcı infeksiyaları tənəffüs yollarını zədələyir.
Əvvəl koronavirus xəstələrində hərarət, quru öskürək, iy və dadbilmənin itməsi əsas simptomlar idisə, "Delta"da daha çox qrip və digər respirator xəstəliklərin əlamətləri müşahidə olunur. Hazırda iybilmə və dadbilmənin itməsinə daha az rast gəlinir.
Həmçinin, inkubasion müddətin daha qısa olduğunu və xəstəliyin daha tez ağırlaşmasını görürük. Yoluxma daha çox yaxın təmasda olan insanlar arasında müşahidə olunur.
Əvvəllər hər ailədən bir nəfər xəstələnirdisə, indi görürük ki, ailənin digər fərdləri də xəstəliyə qarşı müqavimətləri yoxdursa, yoluxurlar".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-10-2021, 17:00