mobil versiya

Qadını fotoları ilə şantaj edib pul tələb edən şəxs saxlanıldı




Qadını şantaj edərək hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. O, tanış olduğu qadın barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə pul alıb.

REPORTYOR.AZ xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı bir qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyərək pul tələb edib.

Müraciətlə əlaqədar polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub. Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-11-2021, 13:15