mobil versiya

Bakıda kişi ilə tanış olan qadın intim görüntüləri ilə şantaj edildi — ŞOK TƏFƏRRÜAT



Bakıda ortayaşlı qıza təcavüz edilib.

Demokrat.az-ın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
 
Bakı şəhər sakini Elmira Məmmədova (ad və soyad şərti verilib – red.) sosial şəbəkədə Rəşad adlı oğlanla tanış olub.
 
Daha sonra onların isti münasibətləri yaranıb.

Bundan sonra Rəşad Elmira Məmmədova ilə bir neçə dəfə intim əlaqədə olub.

İntim əlaqədə olan zaman Rəşad video çəkiliş edib.

Daha sonra Rəşad Elmira Məmmədovanı həmin video çəkilişlə şantaj edib.

O, qadından külli miqdarda pul tələb edib, əks halda həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Elmira Məmmədova bir neçə dəfə Rəşada pul versə də, Rəşad qadını yenə də şantaj etməkdə davam edib.

Bundan sonra Elmira Məmmədova Rəşadın hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib.

Keçirilən əməliyyat zamanı Elmira Məmmədovanın Rəşad Zeynalov tərəfindən şantaj edildiyi məlum olub. O, həbs edilib.

İstintaq araşdırması zamanı Rəşad Zeynalovun qadını bir neçə dostu ilə şantaj etməsi üzə çıxıb.

İstintaq orqanı tərəfindən Rəşad Zeynalovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.

BANNER / KARUSEL / HADİSƏ
Tarix: 19-03-2020, 13:40