mobil versiya

Hansı vaksin “Omikron” ştammına qarşı effektivdir? - ÜST-dən açıqlama




“Azərbaycanda ən son “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi burada da insanlar həmin ştamdan əziyyət çəkirlər. Hələlik Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib”.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştamm Azərbaycanda hələ də aşkarlanmasa da, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir:

“Çünki dünyanın hər yerində “Delta” ştammı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda, təbii ki, yayılacağını demişdim.

Bu fikrim “Omikron” ştammına da aiddir. Çünki yeni ştamm bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur.

İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştamma qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.
SON XƏBƏR / KARUSEL
Tarix: 10-12-2021, 13:27