“Omikron” ştamına görə qapanmalar tətbiq ediləcək? - AÇIQLAMA - VİDEO
Dünyada sürətlə yayılan “Omikron” ştammı ölkəmizə bir az da yaxınlaşıb. Virusun yayılma sürəti və qonşu ölkələrlə aviasiya trafikini nəzərə alsaq, yeni ştammın Azərbaycanda yayılma ehtimalı böyükdür.
REPORTYOR.AZ xəbər verir ki, həkim Vasif İsmayıl "ARB-24"də yayımlanan "Nə baş verir?" verilişinə qonaq olarkən yeni ştamla bağlı danışıb və ölkəmizdə qapanmaların olma ehtimalına münasibət bildirib:
"Ən çox əlaqəmiz olan Rusiya və Türkiyədə bu ştamma rast gəlinərsə, bu, Azərbaycan üçün böyük təhlükədir. Bizim "Omikron" ştammı barədə az məlumatımız var. Daha ağır xəstəlik yaratmasına dair heç bir məlumat yoxdur, yoluxucu olması ilə bağlı ciddi məlumat yoxdur.
Əgər peyvəndlərin effektiv olmadığına dair hər hansı faktlar aşkar olunarsa, ciddi karantin tədbirləri labüddür".
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 30-11-2021, 13:45