mobil versiya

Alişandan "Seriallarda öpüşsəydi, arvadım olmazdı" sözlərinə AÇIQLAMA - FOTO




Müğənni Alişan həyat yoldaşı Buse Varolun onunla puluna görə evlənməsi iddialarına bir dəfəlik son qoyub.

REPORTYOR.AZ xəbər verir ki, ötən gün Türkiyənin reytinqli proqramlarından olan "Söylemezsem olmaz"a zəng vuran ifaçı arvadının onunla puluna görə deyil, sevdiyi üçün evləndiyini deyib. Alişan həyat yoldaşı ilə evlilik müqaviləsi olmadığını da bildirib.

Həyat yoldaşının aktrisa olmasından danışan müğənni "Buse seriallarda öpüşsəydi, arvadım olmazdı" sözlərini söyləyib. Onun bu fikirləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İstifadəçilər Alişanı bu qalmaqallı fikrinə görə tənqid ediblər.

Daha sonra sənətçi bu sözlərinə də aydınlıq gətirib:

"Bu, mənim həyat fəlsəfəm, kriteriyalarım, dünya görüşüm, mənim həyatımdır. Bu, mənim düşüncəmdir. Hər kəs mənim kimi düşünmək məcburiyyətində deyil. Mən hamı kimi düşünmək məcburiyyətində deyiləm".

Qeyd edək ki, Alişan aktrisa Buse Varolla 2018-ci ildə ailə həyatı qurub. Onlar serial çəkilişi zamanı tanış olublar. Hazırda cütlüyün iki övladı var. 
SON XƏBƏR / KARUSEL
Tarix: 11-01-2022, 14:00