mobil versiya

Peşə təhsili mərkəzində “açıq qapı” günü keçirilib




Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən " Gələcək üçün Peşə Təhsili və Təlimi " layihəsi çərçivəsində baş tutub. 

Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Kifayət Bayramova qonaqları salamlayaraq toplantının məramı, rəhbərlik elədiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verib, dövlətin peşə təhsilinə qayğısı və peşəkar kadrlara ehtiyaca görə gənclər, yeniyetmələr arasında bu sahəyə marağın artdığını bildirib.

Çıxış edənlər Xətai Rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Peşə Təhsili üzrə Dövlət Agentliyi İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli, BMT inkişaf proqramı tərəfindən maliyyələşdirilən Gələcək üçün Peşə Təhsili və Təlimi layihəsinin meneceri  Eltəkin Ömərov, Fairmont Bakı otelinin nümayəndəsi Şəbnəm Nəbizadə, SMART otellər şəbəkəsinin təmsilçisi Ceyhun Aşurov, məzun Nərmin Xəlilova və başqaları Mərkəzlə tanışlıq, peşə seçiminə dəstək və gələcək əməkdaşlıq məqsədilə təşkil olunan “Açıq Qapı” gününü yüksək qiymətləndiriblər. İki ildən çox davam edən pandemiya məhdudiyyətlərindən sonra turizm, sosial xidmətlər, ictimai iaşə sahələrində bir canlanma yarandığı, müştərilərlə yüksək mədəni səviyyədə ünsiyyətin vacibliyi vurğulanıb. Turizmin də Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılması üçün bir vasitə - diplomatiya sayıldığı, sözügedən sahədə peşəkar mütəxəssislərin daim gərəkliliyi qeyd oldunub, bütün bunlara görə Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə minnətdarlıq ifadə edilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova, Xətai rayon Gənclər və İdman İdarəsindən Məmməd Rzayev, M.Nəcəfov adına 86 saylı tam orta məktəbin direktoru Cavid Əliyev, karyeraya dəstək üzrə mütəxəssis Güllü Baharlı, “Bakı Turizm Ekskursiya” MMC-nin direktoru Əlixan Mürvətov, “Lunchef Caterinq” MMC-nin rəhbəri Nilufər Qarayeva, Aşpazlar Gildiyasının sədri İlkin Əkbərzadə, Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Mehriban Eyvazova, Divan Ekspress Baku-nun direktoru Murad Yıldızsefer, “Healty Food Caterinq” MMC-nin rəhbəri Elnur Həsənov, Baku Travel MMC-nin direktoru Əziz Şiriyev və digər qonaqlar müxtəlif müzakirələrə qatılaraq, təkliflərini veriblər. 
Rəsmi hissədən sonra tələbələrin hazırladığı musiqi və rəqs parçaları böyük maraqla qarşılanıb. 

“Açıq Qapı” gününün təşkilində Peşə Təhsil Mərkəzi direktorunun tərbiyə işləri üzrə müavini Zibaxanım Cəfərli, müəllimlərdən Səidə Məmmədova, Ləman Rüstəmli, Nərmin Həsənova, Kəmalə Cəfərova, Mətanət Quliyeva, tələbələrdən Elmir Nəsirov, Zivər Ağabalayeva və başqaları fərqləniblər. 
Qonaqlar təhsil ocağının həyətində, açıq havada hazırlanan dərzilik, bərbərlik, manikür, aşpazlıq, qənnadı-şirniyyat nümunələri ilə tanış olublar.







Qurban Məmmədli     
REPORTYOR.AZ  



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-04-2022, 10:22