mobil versiya

Universitetlərin açılacağı dəqiq vaxt məlum oldu




Azərbaycanda fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsil bərpa olunur.

Bu barədə REPORTYOR.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-dən etibarən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-02-2021, 10:50