mobil versiya

2 gün əvvəl yeni mahnısı yayımlanan məşhur repçi öldürüldü




Rep dünyasının məşhur adlarından olan Pat Stay bıçaqlı hücum nəticəsində ölüb.

REPORTYOR.AZ "Haber Global"a istinadla xəbər verir ki, 36 yaşlı reper Kanadanın Yeni Şotlandiya ştatının Halifaks şəhərində bıçaqlı hücuma məruz qalıb.

Polisin bəyanatından sonra qardaşı Pat Stayın ölümünü təsdiqləyib.

Məlumata görə, hadisə gecə yarısı baş verib. Repçi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Stay ölümündən 2 gün əvvəl yeni mahnısı "The Game DISS"i youtube-da yayımlamışdı.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Baxılıb: 90 Tarix: 5-09-2022, 15:15



Şərh bildir
yenilə, əgər kod görünmürsə