mobil versiya

Türkiyədə fahişə əməliyyatı - Virus kimi yayılan dəstə üzvləri tutuldu - VİDEO



Türkiyədə keçirilən əməliyyat zamanı qadınları və qızları fahişəliyə məcbur edən dəstə ifşa olunub.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, ölkəyə virus kimi yayılan dəstə üzvləri 17 yaşlı bir qızı da fahişəliyə vadar ediblər.

Qrup üzvlərindən biri qızla tanış olub və onun etibarını qazanıb. Daha sonra qızı intim fotolarla şantaj edib və onu fahişəliyə cəlb edib.

Aparılan 3 aylıq araşdırmalardan sonra Adana və digər ərazilərə yayılan dəstə üzvləri ifşa olunublar. Onların arasında qadınlar və kişilər də var.


Hətta bəzi dəstə üzvlərini əlildir və onlar bundan sui-istifadə edərək, gənc qadınları “tora salıb”lar.

Keçirilən əməliyyat zamanı 24-ü qadın olmaqla 54 nəfər saxlanılıb. Saxlanılanlar arasında əcnəbilər də var.





SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 21-10-2019, 10:15