mobil versiya

PKK tərəfdarları türk ailəsunə hücum etdilər – ŞOK görüntülər (VİDEO)


Norvecin paytaxtı Osloda PKK tərəfdarları içində azyaşlı uşağın da olduğu türk ailənin avtomobilinə hücum ediblər.

Musavat.com bu barədə “Star”a istinadən xəbər verir.

Məlumata görə, Türiyənin Osloda yerləşən səfirliyinin qarşısında Türkiyənin Suriyada PKK/PYD terrorçularına qarşı keçirdiyi “Barış Pınarı” əməliyyatına dəstək üçün təşkil edilən tədbirdən dönən insanlara terror təşkilatı olan PKK tərəfdarlarının etdiyi hücumun görüntüləri yayılıb.

Görüntülərə PKK tərəfdarlarının içində körpə uşağın da olduğu bir türk ailəsinin avtomobilinə edilən hücum da açıq şəkildə düşüb. Ailənin yaşadığı həyəcan və uşağın ağlamasının da yer aldığı videoda Norvec polisinin hücum edən şəxslərin qarşısını aldığı da aydın görünür. 
Polis PKK tərəfdarlarını hadisə yerindən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Norvec polisinin yaydığı açıqlamaya görə, baş vermiş hücum nəticəsində içərisində türkiyəli ailənin olduğu avtomobilə ciddi zərər dəyib. Hadisə ilə bağlı 2 nəfər PKK tərəfdarı saxlanılıb.

Hücum zamanı görüntüləri qeydə alan Tuğba Kökyer sosial media hesabında bildirib ki, PKK tərəfdarları avtomobildə olan Türk bayrağını gördükdən sonra onlara hücum etməyə başlayıblar: "Onlar hətta avtomobildə körpə uşağın olmasına da məhəl qoymadılar və üzərimizə hücum etməyə başladılar", - deyə zərərçəkən qadın bildirib. 

Həmin görüntüləri təqdim edirik:



SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 27-10-2019, 15:30