Qayıqda baş vermiş partlayışla bağlı cinayət işi başlanıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.
REPORTYOR.AZ-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, oktyabrın 29-da saat 13.00 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi
nəzarətə götürülüb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 29-10-2019, 19:01