mobil versiya

Yadigar Sadıqlı 2 noyabrda keçiriləcək qanunsuz aksiyanı təxirə salmağa SƏSLƏDİ



“Hörmətli Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.

RPORTYOR.AZ 
xəbər verir ki, Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqlı deyib.

Onun sözlərinə görə, əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil:

“19 oktyabr mitinqi uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır. Xüsusən də işgəncələr əleyhinə ciddi kampaniyaya başlamaq zəruridir. Təəssüf ki, bu kampaniya arzuolunan səviyyədə deyil. Mənim irəli sürdüyüm təkliflərdən də istifadə olunmadı.Bir şeyi anlamaq lazımdır ki, Əliyev hakimiyyətinin xeyli dostları var, avtoritarizmə, seçkilərin saxtalaşdırmasına min bir bəhanə ilə haqq qazandırırlar. Amma işgəncələrə heç kim və heç bir əsasla haqq qazandırmağa risk belə etməz. Bundan maksimum yararlanmaq lazımdır”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 31-10-2019, 18:25