Fədayə Laçın Tacir Şahmalıoğlunun vəfasızlığından danışdı: - VİDEO
Həbsxanadan çıxdıqdan sonra müğənni Fədayə Laçın ilk dəfə sənət yoldaşları ilə birgə yığıncaq keçirib.
Sənətçi, ARB TV-nin “Show News” verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb.
“Həbs olunarkən ilk anamı, bacılarımı və oğlumu düşündüm. O an bir şey keçdi ürəyimdəm. Dedim ki, kaş uşaq evində böyüyən kimsəsiz insan olaydım. Oğluma görə, nigaran idim. Anam və bacılarım sağ olsunlar ki, övladımı tək qoymadılar. Peşmanlıq hissi keçirdim.
Düşünməyə zamanım oldu. Səhvlərimdən nəticə çıxarmağa vaxtım oldu. Özünüz də görəcəksiniz. Bir daha belə addım atmayacağam. Həbsdə olduğum müddətdə ən çox oxumaq istəyirdim. Fikirləşirdim ki, çıxsaydım oxuyardım.
Ağlıma gəlməzdi ki, bu hadisə mənim başıma gələr. Heç kim belə şeylərdən sığortalanmayıb. Tacir Şahmalıoğlu mənə dəstək olmadı. Kimsədən kömək ummurdum da. Dəstək olmaq istəyənlər özləri bunu etdi.
Həbs xəbərimi eşidəndə ilk dəstək Manaf Ağayev və Nadir Qafarzadə gəlib. İlk gündən, azadlığa çıxdığım günə qədər ailəmə dəstək olub. Manaf dar günün dostudur”.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 7-11-2019, 16:15