Tural Əfəndiyev platformasını açıqladı – Fotolar
Deputatlığa namizəd Tural Əfəndiyev platformasını açıqlayıb.
REPORTYOR.AZ namizədin platformasını təqdim edir:
“ÖNCƏ VƏTƏN, ÖNCƏ MİLLƏT
GÜCLÜ MƏCLİS, GÜCLÜ DÖVLƏT”
Seçicilərim etimad göstərib məni parlamentə nümayəndə seçərlərsə fəaliyyətimi onların istək və tələbatlarına uyğun olaraq qətiyyətlə çalıçacağımı, Vətənimiz, Xalqımız, Dövlətimiz uğurunda dürüst və obyektiv olaraq, haqqa və ədalətə sığınan sağlam siyasi əqidədə xidmət göstərəcəyimi bəyan edirəm.
Bu zaman milli mənafeyimiz və tərəqqimiz üçün zəruri olan aşağıdakı problemlər siyasi fəaliyyətimin daha geniş obyekti olacaqdır:
– Azadlığımızın, torpaqlarımızın, sərvətlərimizin, mənəviyyatımızın qorunması,
– Azərbaycan xalqının şərəf və ləyaqətinin toxunulmazlığı və daim yüksəkdə tutulması,
– Yeni qəbul olunacaq qanunlarımızın obyektivliyi, həyatiliyi və aliliyi,
– Xalqın orta və yoxsul təbəqələrininin həyat tərzinin daha da yaxşılaşdırılması,
– İnsan hüquqlarının, vətəndaş azadlığının, milli mənəvi dəyərlərimizin qorunması,
– Ordunun müstəsna roluna xüsusi diqqət yetirilməsi,
– Bütün dövrlər üçün zabit və əskərlərin həyatına xüsusi qayğının təmin edilməsi, onların şərəfinin qorunması, vətənpərvərlik hisslərinin yüksəldilməsi,
– Respublikamızın daxili və xarici siyasətinin ahəngdarlığına nail olunması,
– İqtisadi inkişaf konsepsiyalarının hazırlanmasında dövlət nəzarətinin artırılması,
– İqtisadiyyatın təşkilinin xalqın həyatı tələbatlarına və dövlətin möhkəmliyinə cavab verməsi amilinin rəhbər tutulması,
– Sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və bu çərçivədə sənaye, texnologiya, innovasiya və kənd təsərrüfatı sahələrinin rəqabətə davamlılığının təmin edilməsi,
– Qeyri-neft sektorunun inkişaf etdirilməsi, eyni zamanda şəffaflığın, rəqabətin və sahibkarlara dövlət dəstəyinin artırılması üçün qanunvericilik layihələrinin hazırlanması və bu xüsusda müvafiq qanunların qəbul edilməsinə səy göstərilməsi,
– Özəl sektorun dəstəklənməsi və bunun üçün əlavə imkanların yaradılması,
– İşsizliyin səviyyəsinin minimuma endirilməsi məqsədilə, turizm və xidmətlər sahəsinin daha da inkişaf etdirilməsi,
– Mövcud təhsil sistemindəki problemlərin aradan qaldırılması, səmərəli pedoqoji üsulların yaradılması, ali təhsil müəssisələrinin beynəlxalq elm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü qanunların qəbul edilməsi,
– Dövlət hesabına xarici universitetlərdə təhsil programının bərpa edilməsi,
– Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin işçilərinin ümumi mənafeyinin qorunması işində dövlət nəzarətinin artırılması,
– Aztəminatlı ailələrin, təqaüdçülərin, tələbələrin sosial həyat tərzinin daha da yaxşılaşdırılması,
– Fiziki məhdudiyyətli insanların, xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin rifah halının yüksəldilməsinin diqqət mərkəzində saxlanılması və hüquqlarının müdafiəsi,
– Zəbt olunan torpaqlarımızın tezliklə düşmən işğalından azad olunması və məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi üçün Qarabağ həqiqətlərinin daim beynəlxalq ictimayyətin diqqət mərkəzində saxlanılması və bu fəaliyyət çərçivəsində səylərin daha da arıtırılması,
– Əhalinin vətənpərvərlik və qələbə əhval-ruhiyyəsinin yüksəldilməsi,
– Əhalinin sosial hüquqi müdafiəsinin, ədalətli həyat tərzinin qorunmasının təşkil edilməsi.
XALQIMIZI XOŞBƏXT, DÖVLƏTİMİZİ GÜCLÜ GÖRMƏK ƏN BÖYÜK AMALIMDIR!
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-01-2020, 18:11