mobil versiya

"Ruhlar şəhəri"ndə ölümə qarşı möhtəşəm dirəniş - VİDEO




Dünya mediasının "ruhlar şəhəri" kimi təqdim etdiyi Uhanda əhalinin gecə saatlarında bir-birinə dəstək göstərməsini əks etdirən görüntülər yayılıb.

Karantində olan vətəndaşlar gecə saatlarında pəncərələrdən bir-birlərinə səslənərək mübarizəni davam etdirəcəklərini bildiriblər.

425 nəfərin ölümünə səbəb olan koronavirusun yayıldığı Uhan şəhərindəki sakinlər "Dirən, mübarizəyə davam et" şüarı səsləndiriblər.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 20 min 438 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötüb. İndiyədək 632 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 788 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.//BAKU.WS

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-02-2020, 10:29