Türkiyənin qoyduğu vaxt bitdi - hərəkət edən bütün hərbi texnikalar vurulur - VİDEO
Türkiyə Bəşər Əsədə qoyduğu müddət başa çatdıqdan sonra bölgədə əməliyyatlara başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadla xəbər verir ki, bölgədə təzyiq gecə 00.00-dan etibarən yüksəlməyə başlayıb.
Türkiyə Suriyanın Minnag Hərbi Hava Bazasını və Neyrab Hava Bazalarını atəşə tutub.
Türkiyənin açıqladığı məlumata görə, bu əməliyyatlarda çox sayda təyyarə və tank yararsız hala salınıb. Qarşı tərəf yüzlərlə itki verib.
Bölgədə olan hərbi jurnalistlər bildirir ki, Türkiyə tərəfi hərəkət edən bütün hərbi texnikaları vurur.
Xatırladaq ki, Soçidə əldə edilən razılaşma çərçivəsində suriyalı kürd silahlı qüvvələrinə Türkiyə sərhədindən 30 km uzağa çəkilməsi üçün möhlət verilmişdi.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 1-03-2020, 17:14