mobil versiya

Bakıda kişi azyaşlı qızı yarımçıq tikiliyə aparıb təcavüz etdi




Binəqədi Rayon Məhkəməsində on üç yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham edilən İ.T.-nin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. 

REPORTYOR.AZ xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin edib.

İ.Tağıyevin barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Bakı şəhər sakini İ.T. 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. O, qızı heç kimin olmadığı yarımçıq tikiliyə aparıb və orada onu seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

Sonra azyaşlı baş verənləri ailə üzvlərinə danışıb. Onun valideynləri İ.T.-nin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində İ.T. həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on üç yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.


SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 19-03-2020, 14:35