Prezidentin köməkçisi: "Azərbaycanda ÜST tərəfindən həyəcan siqnalı çalınmayıb"
"Azərbaycanda həyata keçirilən tədbirlərin səviyyəsi məhz bu gün hələ hazırlıq və cavab tədbirləri səviyyəsində qiymətləndirilir. O mənada ki, hələ Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyəcan siqnalı çalınmayıb".
REPORTYOR.AZ xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu da dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan Respublikasında idarəetmə sisteminin mükəmməl səviyyədə təşkilinin nəticəsidir. Azərbaycanda bu kimi fövqəladə vəziyyətlərə ölkəmizin hazırlığının mütəhərrikliyinin və cavab vermə reaksiyasının çox mükəmməl səviyyədə təşkil olunmasının bilavasitə təcəssümüdür. Hələ yanvar ayının əvvəllərində bu epidemiyanın ilkin qığılcımlarının yaranması ərəfəsində Azərbaycan zəruri hazırlıq tədbirləri həyata keçirirdi. Bütün bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir", - deyə H.Hacıyev bildirib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-03-2020, 12:20