Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı
Türkiyədə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.
O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
“Bu gün 5 035 test aparıldı, onlardan 561-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 2 433 koronavirusa yoluxma var. Biz daha 15 pasiyenti itirdik, ölənlərin ümumi sayı 59 nəfərə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 26-03-2020, 01:32