mobil versiya

Alimlər: "Koronavirus isti ölkələrdə daha yavaş yayılır"




Soyuq ölkələrdə koronavirus isti ölkələrə nisbətən daha sürətlə yayılır.

“Report” Yunanıstanın “Katimerini” qəzetinə istinadən xəbər verir ki, bunu Yunanıstanın Fessaliya Universitetinin mütəxəssisləri bildirib. 
Araşdırmaçıların fikrincə, orta temperaturun 0-dan 18 dərəcəyədək olduğu dövlətlərdə koronavirus daşıyıcılarının sayı daha sürətlə artır, nəinki isti iqlimə malik ölkələrdə. 

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, burada ən vacib rolu həm də infeksiya ilə mübarizədə görülmüş tədbirlər oynayır. Yoluxanların sayı, ilk növbədə, bundan asılıdır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 875 400-ü ötüb. Bunların 184 952 nəfəri sağalıb, 43 458 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 1-04-2020, 18:54