mobil versiya

FİFA prezidenti: "Heç bir oyun insan həyatından önəmli deyil"



"Dünya yeni bir problemlə üz-üzədir. Belə vəziyyətdə dünya futbol ictimaiyyəti bir komanda kimi davranmalıdır".

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Futbol funksioneri koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışların dayandırılmasına münasibət bildirib. Ali futbol qurumunun rəhbəri indiki vəziyyətdə futbol barədə düşünmədiklərini söyləyib: "Təbii ki, hamımız futbolun yenidən başlamasını istəyirik. Ancaq bunun nə zaman gerçəkləşəcəyini bilmirik. Sağlamlıq hər şeydən əvvəl gəlir. Bu pandemiyaya qalib gələnə qədər də əsas məqsədimiz məhz sağlamlığın qorunmasıdır. Səhiyyə əməkdaşlarının tələblərinə əməl etmək lazımdır. Heç bir oyun insan həyatından önəmli deyil. Gələcəklə bağlı hazırlıqlarımı bu düşüncə ilə görürük".

İnfantino futbol yarışları bərpa olunduqdan sonra təqvimlə bağlı həll yolları tapacaqlarına inam ifadə edib. O, futbolçuların müqavilələri ilə bağlı çalışmaların davam etdiyini də vurğulayıb: "Müqavilələrə baxan bir İşçi Qrupumuz var. Yaxın müddətdə futbolçuları və klubları qoruyacaq təkliflər irəli sürəcəyik".


SON XƏBƏR / KARUSEL
Tarix: 3-04-2020, 10:30