Uhanda karantin rejimi ləğv edildi - VİDEO
Koronavirusun ilk yayılmağa başladığı yer olan Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.
“Report” “The Global Times”a istinadən xəbər verir ki, yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.
Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.
Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.
Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 8-04-2020, 12:05