mobil versiya

"Oğlum yaxşı bilir, zibillikdə yaşayıram, onun Allahındandır" — Həbib dayının dramı - VİDEO




Həbib dayı Buzovnada zibillikdə yaşayır.

2009-cu ildə onu maşın vurub. Elə o hadisədən sonra həyatı alt-üst olub.

Səhhətində yaranan problemlər Həbib kişini doğmalarından uzaq salıb. Yükünü çəkə bilməyiblər, beziblər ondan... O da küçələri özünə məskən seçib. O vaxtdan isti havalarda parklarda skamyalarda gecələyib, qış aylarında isə qapısı-pəncərəsi olmayan sahibsiz tikililərdə.
"Həyat yoldaşım ölüb, bir oğlum var, o da mənə baxmır. Oğlum yaxşı bilir, zibillikdə yaşayıram, onun Allahındandır", - deyir Həbib dayı.
Buzovna sakinləri ARB TV-nin "Elgizlə izlə" verilişinə müraciət edərək Həbib dayının sığınacağa yerləşdirilməsini xahiş edib. Çəkilişdən sonra ona sosial yardım göstərilib. 


 


SON XƏBƏR / KARUSEL / SOSİAL
Tarix: 10-04-2020, 12:25