Ruhanidən koronavirusla bağlı TƏHLÜKƏLİ GÖSTƏRİŞ: Rəsmən bərpa edildi
İranda “Covid-19”dan ölənlərin sayının artmasına baxmayaraq, koronavirusla bağlı tətbiq edilən bəzi qadağalar ləğv edilib.
Prezident Həsən Ruhaninin təlimatıyla kütləvi işçisi olmayan müəssisələrin fəaliyyətinə icazə verilib. Müəssisə rəhbərlərinə tibbi tələblərə əməl etmək tapşırığı verilib. Paytaxt Tehrandakı müəssisələrin fəaliyyəti isə aprelin 18-də bərpa ediləcək. Ticarət mərkəzləri, restoranlar, saunalar və gözəllik salonlarının fəaliyyətinə isə hələlik icazə verilməyib.
Qeyd edək ki, müəssisələrin fəaliyyətinin bərpasını birmənalı qarşılamayn millət vəkilləri, prezidentdən dəfələrlə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımların atılmasını tələb etmişdi.//Publika.az
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 13-04-2020, 01:17