Türkiyənin daxili işlər naziri istefa ərizəsini geri götürdü
Ötən gün axşam saatlarında istefa verdiyini açıqlayan Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində qalacağını bildirib.
“Report” xəbər verir ki, bunu nazirin özü deyib.
“Dövlət və millət uğrunda atılan addımlarda çatışmazlığımızın bu iki iradə tərəfindən insanlıq durumu olaraq qəbul edilərək, səhvlərimizi düzəltmə haqqının verilməsi məsuliyyətimizi artırıb. Millətə xidmətə davam edirik”, deyə o vurğulayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 13-04-2020, 14:05