mobil versiya

Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı



Bakıda xüsusi karantin rejimi qaydalarını pozaraq evində qumarxana təşkil edən şəxs aşkar edilib.


Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T.Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 29-04-2020, 12:00