Azərbaycan nefti bir gündə kəskin bahalaşdı
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft kəskin bahalaşıb.
REPORTYOR.AZ "APA-Economics"ə istinadla xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,43 ABŞ dolları (22,5%) artaraq 29,54 dollar təşkil edib.
Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.
SON XƏBƏR / İQTİSADİYYAT
Tarix: 6-05-2020, 10:40