mobil versiya

Azərbaycan OPEC və qeyri OPEC ölkələri nazirlərinin görüşündə iştirak edəcək




Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-04-2020, 10:57