Britaniyada COVID-19-la bağlı son vəziyyət
Böyük Britaniyada son 24 saat ərzində koronavirus daşıyıcısı olan 626 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Qeyd olunub ki, ölkədə COVID-19-un yaratdığı xəstəlikdən ölənlərin ümumi sayı 31 241-ə çatıb.
Bundan başqa, ötən sutka ərzində koronavirusa yoluxanların sayı 4 699 nəfər artaraq 211 364-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SON XƏBƏR / DÜNYA
Tarix: 9-05-2020, 10:00