Nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü - TƏFƏRRÜAT - VİDEO
İsmayıllı rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
REPORTYOR.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.
Qatilin dayısı Alim Tapdıqov BAKU.TV-yə bildirib ki, Bakıda olduğu üçün hadisədən gec xəbər tutub:
“Evə gələndə gördüm ki, ahılların əli, ayağı bağlanıb, sifətləri tanınmaz hala salınıb. İstifadə etdiyi alət isə armatur olub.
Evdən pulları, qızılları götürüb gedib. Çıxarkən isə nənəsini boğaraq öldürüb, hətta ağzındakı qızıl dişini də götürüb. Öldürməmişdən əvvəl isə onlarla söhbət edib”.
Qeyd edək ki, qatil evdə 15 min manata yaxın pul olduğunu bilirmiş.
Hadisəni törətdikdən sonra, V.Qədirov qardaşının evinə gedib və onu öldürmək istəyib. Qardaşının qaçdığını görəndə isə onun evini yandırıb.
Daha ətraflı süjeti təqdim edirik:
SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 11-05-2020, 11:30