mobil versiya

Ata böyük qızını zorladı, kiçik qızı ilə cinsi münasibətə girdi - ŞOK DETALLAR



Ailə münaqişəsi zəminində dava qorxunc həqiqəti ortaya çıxarıb. Belə ki, atanın uzun müddət qızlarını cinsi münasibətə məcbur etməsi məlum olub.

“LifeShot” Telegram kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyada qeydə alınıb.

Hər şey ata Rəşid Q.-nin 19 yaşlı qızına bıçaqla hücumundan sonra ortaya çıxıb. Ana dərhal polisə müraciət edib. Sahə müvəkkili gəldikdən sonra dəhşətli həqiqətin üstü açılıb. 

Qız atasının ona təcavüz etdiyini bildirib. Rəşid Q. həmçinin qızın 15 yaşlı kiçik bacısının da bakirəliyini pozaraq, onu mütəmadi olaraq cinsi münasibətə məcbur edib. Bunları dilinə gətirəcəyi təqdirdə isə qızlarını öldürməklə hədələyib. Bu işgəncə altı ay çəkib.
Açıqlamadan sonra ana dərhal ərindən polisə şikayət edib.

Qadın ərinin mütəmadi olaraq qızlarının otağında gecələməsindən həmişə təəccübləndiyini qeyd edib. Lakin kişi ona deyirmiş ki, bir ata kimi qızlarının otağında yatmağa haqqı var.

Hazırda zərərçəkən qızlarla müstəntiqlər və psixoloqlar çalışırlar. Rəşid Q. isə saxlanılıb.

Ailədə, ümumilikdə, dörd qız uşağı var. Uşaqlardan biri əlildir, onun qolu yoxdur.

(2013-cü ilə aid foto ailə arxivindən götürülüb)


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2020, 11:15