DTX-nin saxladığı Əhmədov işdən çıxarıldı - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı ilə saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov tutduğu vəzifədən azad edilib.
REPROTYOR.AZ “unikal.org”a istinadən xəbər verir ki, icra başçısı Nahid Bağırovun əmri ilə, işdə yol verdiyi nöqsanlara görə M.Əhmədov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub.
Bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.
Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə, Məhərrəm Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2020, 12:49