mobil versiya

Azərbaycanda daha 101 nəfərdə koronavirus aşkarlandı, 53 nəfər sağaldı



Azərbaycanda 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


REPORTYOR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220 363 test aparılıb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2020, 16:22