Bakı sakini arvadını liftdə qətlə yetirdi
Bakıda qətl hadisəsi baş verib.
Hadisə mayın 21-i saat 21:30 radələrində Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Könül Əsgərova yaşadığı binanın liftində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqla qətlə yetirilib.
Məlumata görə, kişi avrvadını qısqanclıq zəminində öldürüb.
Daha sonra H.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.//report
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 22-05-2020, 11:00