mobil versiya

Əri smartfon almadığı üçün qadın intihar etdi




Hindistanın paytaxtı Yeni Delhi şəhərinin sakini əri smatfon almaqdan imtina etdiyi üçün intihar edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Nations" məlumat yayıb.

Bildirilir ki, intihar edən 29 yaşlı qadın ərindən smartfon almasını uşaqların onlayn dərslərdən istifadə edə bilməsi üçün istəyibmiş.
Lakin kişi mobil telefon almaqdan imtina edib. Bundan sonra qadın da intihara üz tutub.

İntihardan sonra polis əməkdaşları hadisə yerinə gələrək qadını xəstəxanaya aparıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


SON XƏBƏR / KARUSEL
Baxılıb: 53 Tarix: 1-06-2020, 16:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə