mobil versiya

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış



Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. Bu barədə “Qafqazinfo”ya məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib.

O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:

“Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu.

Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

Qeyd edək ki, G.Nağıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL
Tarix: 5-06-2020, 12:55