Azərbaycanda koronavirusa yoluxan həkim: “Xahiş edirəm, bizə inanın!”
Azərbaycanda karantin xəstəxanasında çalışan daha bir həkim özünün koronavirusa yoluxduğunu bəyan edib.
REPORTYOR.AZ xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasında “COVID-19” infeksiyası ilə mübarizə aparan həkim Nicat Əzimli iyunun 14-də koronavirusa yoluxan 387 nəfərdən birinin özü olduğunu bildirib:
“Bugünkü 387 nəfərin içində mən də varam və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq sizə bir mesajı çatdırmağı özümə borc bilirəm.
Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidilə”, - deyə həkim sosial şəbəkə vasitəsilə çağırış edərək hamını özünü qorumağa səsləyib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 15-06-2020, 13:17