mobil versiya

“Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək...” - VİDEO




Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Real İntervyu"nun qonağı olub.

"Sərt karantin rejimi ilə bağlı 260 mindən çox şəxs haqqında məlumat icazə.e.gov.az-da yerləşdirilmişdi. Elə müəssisələr var idi ki, onlara məhdud sayda işçiləri qeydiyyatdan keçirmək şansı olsa da, bütün işçiləri qeydiyyatdan keçiriblər", - deyə Kamran Əliyev deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sosial şəbəkələrdə insanların guya rüşvət müqabilində postlardan rahatlıqla keçməsi ilə bağlı yayılan şayiələrə də açıqlama verib:


"Buradan əhaliyə müraciət edirik, əgər həqiqətən belə halla rastlaşıblarsa, həmin şəxsin adını, onun avtomobilinin dövlət qeydiyyat nişanını və həmin polisin kimliyini bizə bildirsinlər. Kimdəsə belə fakt varsa, bizə müraciət etsinlər. Nə vaxt gəlib, saat neçədə keçib və həmin vaxt onu bizim hansı əməkdaşımız yoxlayıb.

Konkret fakt olmasa bu məsələni araşdırmaq çətindir. İndiyə qədər 1 dənə də olsa bizə belə fakt verilməyib. Kimdə belə fakt varsa qorxamadan, çəkinmədən bizə müraciət etsinlər. Fakt təsdiqini taparsa, həmin şəxs ciddi cəzalandırılacaq, daxili işlər orqanlarından xaric ediləcək, hətta həmin şəxs haqqında cinayət işi də qaldırıla bilər".



SON XƏBƏR / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 17-06-2020, 16:00