Gülaydan Kamillə boşanma xəbərlərinə reaksiya: “Qadın böyük qüvvədir” - VİDEO
“Fədakar insanam. Çox çalışıram. Yuxumu, canımı, sağlamlığımı fəda edirəm. Bir sözlə, özümə qıyıram. Bunun nəticəsi barədə heç bir söz deyə bilmirəm. Övladıma yaxşı ana olmağa çalışıram. Bəzi müğənnilər var ki, toydan sonra müxtəlif yerlərə gedirlər. Amma mən elə etmirəm. Dostlarımla harasa gedəndə də övladım hər zaman yanımda olur”.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynalova “MTV Azərbaycan” televiziyasında yayımlanan “Söhbətsiz” proqramında qonaq olarkən deyib.
Verilişin aparıcısı Samir Bayramlının “Əsəbiləşəndə nə edirsiniz?” sualına sənətçi belə cavab verib:
“Kimsə məni əsəbiləşdirəndə üz çevirirəm. Qışqır-bağırı, hay-küyü, dava-qırğını, söz-söhbəti heç sevmirəm. Əkizlər bürcünün nümayəndələri mübahisəni xoşlamırlar. Küçədən dava səsi gələndə qorxudan o dünyanı görüb, gəlirəm. Ruhum bunları qəbul etmir. Səbr kasam var. Dolub-daşanda kimliyindən asılı olmayaraq, çox pis şəkildə üzümü çevirirəm”.
Gülay “Həmkarlarım arasında özümə rəqib görmürəm” fikrinə belə aydınlıq gətirib:
“Rəqabəti özümdən güclülərlə sağlam şəkildə aparıram. Heç kimə də rəqabətdə paxıllıq etmirəm. Yetərincə sevənim, ruzim var”.
Aparıcının “Həyat yoldaşınız Kamil Zeynallı ilə büdcəniz eynidir?” sualına müğənni “əlbəttə” deyərək, sözlərinə belə davam edib:
“Ailədə "mənim-sənin" söhbəti olmalı deyil. Qazancımı doğru şəkildə xərcləməyi bacaran bir insanam. Kamildən pul aldığım zamanlar da olur. Bu ən çox qızımızın məktəbə gedən vaxtlarına təsadüf edir”.
G.Zeynalova həyat yoldaşı K.Zeynallıdan boşanma xəbərlərinə də münasibət bildirib:
“Əslində bu, şayiədir. Belə şayiələrə də əsəbiləşmirəm. Qadın böyük qüvvədir. Hamı deyir ki, Gülay özündən razıdır, hamıya yuxarıdan aşağı baxır. Amma bu əsla belə deyil”.
Sosial mediada müzakirələrə yol açan bahalı qarderobu barədə Gülay belə açıqlama verib:
“Elə məşhurlar var ki, hər gün bahalı markaların geyimlərini alır. Amma anlamıram ki, niyə məhz mən hamının gözünə qabarıq formada batıram. Özümə dəyər, qiymət verirəm. Əziyyət çəkirəm, ona görə də bahalı geyinirəm”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-06-2020, 09:25