mobil versiya

İşğal altında olan torpaqlarımızda hərbi təlim keçirilir - Ermənilərdən növbəti təxribat




Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

REPORTYOR.AZ
APA-ya istinadən xəbər verir ki, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb.

Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür. Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 26-06-2020, 13:44