mobil versiya

Azərbaycanda koronavirusa daha 588 yoluxma qeydə alınıb, 7 nəfər vəfat edib



Azərbaycanda  588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə REPORTYOR-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6 682 koronavirus testi aparılıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-07-2020, 19:45