SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
Xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən REPORTYOR-a verilən məlumata görə, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, məhkəmənin müvafiq qərarları ilə hər 3 şəxs barəsində cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilib.
Qeyd olunub ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermiş şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaq.
SON XƏBƏR / GÜNDƏM / HADİSƏ
Tarix: 9-07-2020, 16:00