mobil versiya

Ermənistana minaatanları və digər hərbi sursatı Serbiyanın bu korporasiyası satıb - FOROLAR




12 iyulda Azərbaycanı Tovuz rayonunun atəşə tutlmasında Ermənistan ordusu tərəfindən istifadə edilən minatanlar, onların mərmiləri və reaktiv mərmiləri Serbiyanın “Kruşik” Hərbi Holdinq Korporasiyası satıb. Bu dəqiq faktdır və dünəndən apardığımız araşdırma zamaı məlum olub. Bu barədə mətbuata  Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Monteneqroda yerləşən “WELUS” Korporachia” D.o.o-nun ortağı olan Daşqın Gülməmmədov verib.

REPORTYOR.AZ-ın verdiyi xəbərə görə, Daşqın Gülməmmədov qeyd edib ki, Serbiynın “Kruşik” Hərbi Holdinq Korporasiyası Ermənistan Müdafiə Nazirliyini çoxsaylı artileriya mərmiləri, reaktiv mərmilər, minatanlar və digər silahları 2018-ci ildən bu yana təmin etməkdədir. “Kruşik” Korporasiyası 1939-cu ildə Yuqoslaviya Kralliğinda yaradlıb. 1950-ci ildən sonra YFSR Prezidenti Broz Titonun şəxsi təşəbbüsü ilə inkişaf etdirilib və Yugoslaviya Xalq Ordusunun minaatalar və reaktiv mərmilərlə təmin edən əsas hərbi-sənaye kompleksi olub. Bu Korporasiya uzun zaman M.Kaddafi Liviya başçısı olduğu müddədə Liviya ordusunu minatanlar və müxtəlif çaplı artileriya qurğuları və mərmiləri, minalarla təmin edib. Hazırda “Kruəuk” Korporasiyası Myanmar, Keniya və Banqladeş Silahlı qüvvələrininin silah sursat təminatçısıdır.


Daşqın Gülməmmədov

“Kruşik” Korporasiyası həmçinin digər münaqişə bölgələrinin iştirakçılarını silah sursatla təmin etməkdədir. Bunun üçün vahid mexanizm qurulub və silahlar Serbiyadan offşor şirkətin adına sənədləşdirlir və çıxarılır, daha sonra isə ikinci offşor şirkətin adı ilə alıçı dövlətin Müdafiə nazirliyinə göndərilir. Ermənistan Müdafiə Nazirliyi 2018-ci ildə Serbiyanın “Kruşik” Korporasiysı alqı-satqı üzrə məxfi sənəd imzalayır, həmçinin bu müqavilə vasitəsiylə Serbiyanın “Sloboda” Hərbi Şirkətinin istehsal etdiyi silah və sursatın da alınmasında və göndərilməsi də razılaşdırılır. Ermənistan Müdafiə Nazirliyi “Kruşik” Korporasiyasından 150 ədəd 60 mm minatan, 50 ədəd 81/82 mm minatan, 10 ədəd 120 mm minatan,1000 ədəd reaktiv Aircraft Rocet Br-1-57, 1200 ədəd Aircraft Rocek Br-20-57, 500 ədəd yer-hava tipli  UNITED AVIATION ROCKETS 80 mm S-8, minatanlar üçün 5000 ədəd UT M88P1 and UTU M93NN tipli mərmi, 14000 ədəd UT M68P1 tipli mərmi, sınaq üçün 200 ədəd PGR-200 yer-yer tipli raket, 50 ədəd yer hava tipli  TİP-A və 20 ədəd TİP-B yer-hava tipli raketlər üçün atıçı qurğu, 700 ədəd TİP-A raketi, 300 ədəd TİP-B raketi, 200 ədəd tank əlehinə  Mis 9M14P1 “Malyutka” reaktiv qurğusu və  1000 ədəd MISSILE 9M14P1 tipli “Malyutka” qurğusu üçün reaktiv mərmi, 20000 ədəd M-75 əl qumbarası, 10000 ədədM-84 əl qumbarası,  3000 ədəd tank əlehinə AAM 4 (TMA-4) minaları və digər silah-sursat nümunələri almışdır. Nəticə etibari ilə 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək mütəmadi olaraq, Serbiyanın Valyevo şəhəri, Vladike Nikolay küçəsi 59  ünvanında yerləşən “Kruşik” Hərbi Korporasiyası 12 iyulda Ermənistan ordusunun Azərbaycana qarşı istifadə etdiyi minaatanlar, raket qurğuları və onlar üçün reaktiv mərmilər ilk öncə Moldovanın Ungeni Azad İqtisadi Bölgəsində qeydiyyatdan keçmiş offşor şirkətə alqı-satqı müqaviləsi ilə sənədləşdirlib. Silah və sursat sonradan Serbiyadan hava yolu ilə  offşor yük statusu ilə Moldovaya çatdırılıb, Ungeni AİB-də təkrar sənədləşdirildikdən sonra Moldovanın Çurculeşti beynəlxalq dəniz limanına gətirilib və buradan da Moldova gömrüyünün möhürlənmiş sənədləri ilə dəniz-quru yolu ilə Ermənistana göndərilib. Moldovanın offşor şirkətləri vasitəsiylə Ermənistanın müxtəlif ölklərdən silah-sursat alması faktları və bununla bağlı bir çox ölkələrdə siyasi skandanlların olması hətta beynəlxalq mətbuat vasitəsiylə də işıqlandırılıb.









SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-07-2020, 12:10