mobil versiya

Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO



Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib.

Bu barədə REPORTYOR.AZ-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundən bildirilib.

Məlumatda deyilir ki, məlum olduğu kimi, 21 iyul 2020-ci il tarixində yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi (LAPD) hazırda azərbycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırır.

Bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia ediblər. Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş  erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.

Bu yalan iddialar səsləndirilən kimi,  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb:



SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 31-07-2020, 09:29