mobil versiya

Aqrar mütəxəssislərin yetişdirilməsinə yeni bir töhfə VİDEO


Azərbaycan Dövlət Aqrar Universitetində yeni korpusun tikintisi qaçınılmaz idi. Çünki dövlətin qeyri-neft sektorunun inkişafı üçün göstərdiyi diqqət sözsüz ki, Azərbaycan Dövlət Aqrar Universitetindən yan keçə bilməzdi. 

REPORTYOR.az xəbər verir ki, burada yaradılan şərait, keyfiyyətli tədris proqramı, müasir laboratoriyalarda təcrübə aparmaq gənclərin daha çox diqqətini cəlb edir. Bu da öz növbəsində ADAU-da təhsil almaq istəyən tələbələrin sayını hər il artırmaqdadır. Bütün bu amillər yeni tədris korpusunun yaradılmasını labüd edirdi.

Yeni korpus 2 hektar ərzini əhatə edir. 6 mərtəbədən ibarət yeni tədris binasında 2400 tələbə təhsil ala bilər. Burada tələbələrin ən yüksək innovativ texnologiyalardan istifadə etməklə təhsil almaları üçün bütün şərait yaradılıb. Keyfiyyətli təhsillə yanaşı tələbələrin asudə vaxtının səmərəli təşkili də nəzərə alınıb. İdman zalı, kafe fəaliyyət göstərir. Binanın həyətində isə xüsusi istirahət güşələri mövcuddur.  

Ümid edək ki, ali təhsil ocağında yaradılan şərait gələcəkdə nəinki ölkədə aqrar sahə üzrə ixrtisaslı kadr çatışmazlığını aradan qaldıracaq, həmçinin universitetin yetişdirdiyi mütəxəssislərə digər dövlətlərin də ehtiyac
yaranacaq.

SON XƏBƏR / KARUSEL
Tarix: 31-07-2020, 19:31