mobil versiya

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb



Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə REPORTYOR.AZ-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Baxılıb: 97 Tarix: 1-08-2020, 12:45


Şərh bildir
yenilə, əgər kod görünmürsə