Gələn həftədən insanlar tibbi testdən keçiriləcək – Məqsəd nədir?
COVID-19-un aşkarlanmasında 2 növ test mövcuddur: PZR testləri və COVID antitel testləri, yəni seroloji testlər. PZR testlərinin tətbiqi mövcud xəstəliyi aşkarlamaq üçün daha düzgündür. Seroloji testlər isə keçirilmiş xəstəliyin aşkarlanması üçün tətbiq olunur.
Bunu İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova deyib.
Onun sözlərinə görə,seroloji testlərdə IgM və IgG yoxlanılır: "IgM xəstəliyin kəskin fazasında olur və onun aşkarlanması şəxsin hazırda xəstəliyə yoluxmasını göstərir. Amma IgG ilk simptom yaranandan 14 gün sonra yaranmağa başlayır. Bir insanda IgG pozitivliyi şəxsin daha əvvəl virusa yoluxub sağaldığını göstərir”.
Nazxanım Qasımova bildirib ki, bu testlərin tətbiqində əsas məqsəd cəmiyyətdə xəstəliyi asimptomatik, simptomsuz şəkildə keçirənlərin sayını aşkarlamaqdır: “Çünki bir qrup insanlar heç bir simptom olmadan, yaxud minimal simptomlarla xəstəliyi keçirmiş ola bilərlər.
Orqanizmdə istənilən infeksiya ilə qarşılaşdıqdan sonra mütləq yaddaş hüceyrələri yaranır. Əgər insan COVID-19-a yoluxubsa, digər infeksiyalarda olduğu kimi ona qarşı yaranan IgG ömürlükdür və həmişə qanda aşkarlanacaq”.Teleqraf
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-08-2020, 08:41